İnsan Resursları

Baltech Group ilə işləməkYaradıcı bir struktur qurmaq

İnsan Resursları siyasətimizin əsasını təşkil edir ki, bizə bağlı olan şirkətlərin məqsəd və baxış açılarına uyğun qiymətləndirmələr apararaq, hədəf və məqsədlərini reallaşdıra bilmələri üçün zəruri insan resursunu,
infrastrukturunu hazırlayıb inkişaf etdirmək, müasir idarəetmə texnikalarından istifadə edərək öyrənən və
yaradıcı bir struktur qurmaqdır.

Baltech-lə olmaq, etibarlı və keyfiyyətli xidmət anlayışı daxilində qalaraq, yeniliklərə açıq və müştəri tələblərini hər şeydən üstün tutan, özünü inkişaf etdirməyə həsr etmiş, fərqli baxışları bir araya gətirərək çalışan sinerji yaratmaqdır.

Qısa müddətli deyil, uzun illər karyera imkanı təqdim edən, müxtəlif fikirlərə və düşüncələrə açıq, daxil olduğu hər sahədə qabaqcıl və yenilikçi olmağı hədəfləyən, keyfiyyətli xidmətə inanan, etik və peşəkar dəyərlərə hörmət edən, işçilər arasında bərabər imkanlar yaradan bir müəssisədə çalışmaq istəyənlər üçün Baltech Group ən doğru ünvandır.

İnsan Resursları tətbiqlərimiz aşağıdakı kimidir:

  • Performans Qiymətləndirmə
  • Rotasiya
  • Oryentasiya
  • Uzaqdan İş
  • İşçi Sağlamlığı

Pozisiyanın tələb etdiyi daxili və xarici texniki və davranışsal bacarıqlar, daxili və xarici rotasiya, inkişaf və
performans idarəetmə sistemi nəticələri, yüksəliş və təyinatlar, karyera inkişafı, bilik mübadiləsi və
mədəniyyət inkişafı baxımından qrup şirkətləri daxilində, uyğun ola biləcək pozisiyalar arasında hərəkətlilik
təşviq edilir.

Əmək Haqqı İdarəetməsi

Hər bir vəzifə üçün (ağ yaxa-mavi yaxa) müəyyən edilmiş iş dəyərləri və əmək haqqı siyasəti əsasında ədalətli, işin kritikliyinə yönəlmiş və rəqabətcil bir əsas əmək haqqının müəyyən edilməsi üçün tətbiq həyata keçirilir.

Sənaye Əlaqələri

Qanuni hüquqi aktlara, əmək müqavilələrinə və personal idarəetmə qaydalarımıza uyğun olaraq sistemli funksiya kimi müəyyən etdiyimiz sənaye əlaqələri; fəaliyyətlərimiz, personalın şəxsi işlərinin proseslərindən sosial hüquqlara qədər geniş çərçivədə nəzərdən keçirilir və dəyər yaradan insan resursları prosesi kimi idarə olunur.